


Tramp Putini G20 sammitinə dəvət edib-etməyəcəyinə hələ qərar verməyib
Bakı, 3 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini dekabrda Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib-etməyəcəyinə hələ qərar verməyib.
AZƏRTAC xəbər verir ki, Tramp “GB News” telekanalına açıqlamasında bu barədə hələ düşünmədiyini bildirib.
ABŞ lideri, həmçinin Rusiya-Ukrayna münaqişəsinin başa çatmasını arzuladığını deyib.