


Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadla xəbər verir ki, hazırda aşağıdakı yollarda sıxlıq yaranıb:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində.