×
A
A
A
Sazlamalar

Küveyt Baş Qərargahı: HHM sistemi İranın raket və PUA hücumlarının qarşısını alır

Bakı, 3 sentyabr, AZƏRTAC

Küveytin hava hücumundan müdafiə (HHM) sistemləri İran tərəfindən raket və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumun qarşısını alır.
AZƏRTAC xəbər verir ki, bu barədə Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Hazırda Küveytin HHM qüvvələri düşmənin raket hücumlarına və PUA zərbələrinə qarşı mübarizə aparır”, - deyə qurumun bəyanatında bildirilib.
Baş Qərargahdan qeyd olunub ki, eşidilən partlayış səsləri HHM sistemlərinin fəaliyyəti ilə bağlıdır. Vətəndaşlara təhlükəsizlik qaydalarına və müvafiq təlimatlara əməl etmək çağırışı edilib.

Dünya 2026-09-03 08:05:00