×
A
A
A
Sazlamalar

Moskva istiqamətində uçan 10 PUA zərərsizləşdirilib

Bakı, 3 sentyabr, AZƏRTAC

Moskva istiqamətində uçan 10 pilotsuz uçuş aparatı (PUA) Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “MAX” sosial şəbəkəsindəki kanalında bildirib.
“Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan 10 PUA-nı məhv edib. Təcili xidmətlərin əməkdaşları PUA qalıqlarının düşdüyü ərazilərdə işləyirlər”, - deyə mer diqqətə çatdırıb.

 

Dünya 2026-09-03 03:26:00