×
A
A
A
Sazlamalar

Papua-Yeni Qvineyada 5,4 maqnitudalı zəlzələ olub

Bakı, 3 sentyabr, AZƏRTAC

Papua-Yeni Qvineyanın şərqində 5,4 maqnitudalı zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri ölkənin paytaxtı Port-Morsbidən 278 kilometr şimal-qərbdə yerləşib. Ocağın 65 kilometr dərinlikdə olduğu bildirilir.
Zəlzələ nəticəsində ölən və xəsarət alanlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Dünya 2026-09-03 01:00:00