×
A
A
A
Sazlamalar

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti Tatyana Anodinadan

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Əziz Mehriban xanım.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Sizin fəal həyat mövqeyiniz və enerjiniz məqsədə doğru yorulmadan irəliləməyə, uğurlar qazanmağa imkan verir. Siz Azərbaycanın haqlı olaraq fəxr edə biləcəyi xanımsınız. Hər zaman hər cəhətdən belə cazibədar və gözəl qalın.
Sizə və gözəl ailənizə cansağlığı, uzun ömür, xoşbəxtlik, uğurlar, sevimli Azərbaycana isə daim firavanlıq və əmin-amanlıq arzulayıram.
Dərin hörmət və minnətdarlıqla,

 

Tatyana Anodina
Aviasiya və Hava Məkanından İstifadə üzrə
Dövlətlərarası Şuranın prezidenti

Məktublar 2026-08-31 10:59:00