


İspaniya Aİ-yə Seutada qalan qeyri-qanuni miqrantlarla bağlı kömək üçün müraciət edib
Bakı, 29 avqust, AZƏRTAC
İspaniya hakimiyyəti Afrikanın şimalındakı muxtar şəhəri olan Seutada qeyri-qanuni miqrantların yoxlanılması məqsədilə Avropa İttifaqının (Aİ) Sərhəd və Sahil Mühafizəsi Agentliyindən (Frontex) kömək istəyib. Onlar bu yay Mərakeşdən Seutaya keçiblər.
AZƏRTAC xəbər verir ki, İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska müvafiq sorğunu Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə Baş İdarəsinin direktoru Beate Qminderə ünvanlayıb. Madrid qeyri-qanuni miqrantlarla bağlı prosedurları həyata keçirmək üçün 10 nəfər “Frontex” zabitinin göndərilməsini xahiş edir.
Məlumat verildiyi kimi, iyulun 30-31-də azı 72 min qeyri-qanuni miqrant Mərakeş və İspaniya sərhədini keçib. Hadisə zamanı İspaniya tərəfində 82, Mərakeş tərəfində isə 14 miqrant həlak olub. Yerli hakimiyyət orqanlarının qiymətləndirmələrinə görə, hazırda Seutada 5-8 min qeyri-qanuni miqrant qalmaqdadır.
Nepalda daşqın nəticəsində ölənlərin sayı 616-ya çatıb
Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var
Ekvadorun sabiq prezidenti Moreno korrupsiyaya görə beş il müddətinə azadlıqdan məhrum edilib
NASA rəhbəri “Starship”in hər həftə buraxılacağını proqnozlaşdırır
Pit Heqset ABŞ prezidentliyinə namizəd olmaq niyyəti ilə bağlı yayılmış xəbəri təkzib edib