


VII Dünya Köçəri Oyunları 2028-ci ildə Kazanda təşkil ediləcək
Bakı, 29 avqust, AZƏRTAC
VII Dünya Köçəri Oyunları 2028-ci ildə Kazanda keçiriləcək və bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində elan ediləcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov söyləyib. O bildirib ki, builki Oyunların açılışından sonra ŞƏT sammitinə gəlmiş nümayəndə heyətləri rəhbərlərinin şərəfinə Qırğızıstan Prezidenti Sadır Japarovun adından nahar yeməyi veriləcək.
Nepalda daşqın nəticəsində ölənlərin sayı 616-ya çatıb
Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var
Ekvadorun sabiq prezidenti Moreno korrupsiyaya görə beş il müddətinə azadlıqdan məhrum edilib
NASA rəhbəri “Starship”in hər həftə buraxılacağını proqnozlaşdırır
Pit Heqset ABŞ prezidentliyinə namizəd olmaq niyyəti ilə bağlı yayılmış xəbəri təkzib edib