


Tramp ABŞ Kosmik Akademiyasının təsis edilməsi haqqında fərman imzalayıb
Bakı, 29 avqust, AZƏRTAC
Prezident Donald Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Hyustonda (Texas ştatı) Conson adına Kosmik Mərkəzdə amerikalı astronavtların təltifetmə mərasimində çıxış edərkən kosmik məkanın tədqiqi üçün ixtisaslı hərbi qulluqçular, mühəndislər, mülki operatorlar və digər mütəxəssislər nəslini öyrətmək və hazırlamaq lazım gəldiyini söyləyib və yeni milli akademiyanın yaradılması prosesinə start verilməsi barədə fərman imzalayacağanı bildirib.
Daha sonra ABŞ Prezidenti müvafiq fərmanı imzalayıb.
Nepalda daşqın nəticəsində ölənlərin sayı 616-ya çatıb
Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var
Ekvadorun sabiq prezidenti Moreno korrupsiyaya görə beş il müddətinə azadlıqdan məhrum edilib
NASA rəhbəri “Starship”in hər həftə buraxılacağını proqnozlaşdırır
Pit Heqset ABŞ prezidentliyinə namizəd olmaq niyyəti ilə bağlı yayılmış xəbəri təkzib edib