×
A
A
A
Sazlamalar

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçkodan

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban Arif qızı.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Doğma Vətəninin əsl vətənpərvəri, böyük hərflə yazılan həkim, dünyanı yaxşılığa doğru dəyişmək bacarığına malik əsl passionar kimi Siz hər zaman insanların rifahı naminə çalışır, tibbin, elmin, ali təhsilin və dövləti fəaliyyətin yüksək ideallarına xidmət edirsiniz.
Siz peşəkar yolunuza Seçenov Universitetinin divarları arasından başlayaraq, alma-materinizə sadiq qalırsınız. Sizin qətiyyətiniz, müdrikliyiniz və fəal mövqeyiniz sayəsində artıq bir neçə nəsil gənc mütəxəssis, – Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunları, – Azərbaycanın səhiyyə sistemində çalışır və ölkədə gələcəyin səhiyyəsini formalaşdırırlar.
Qoy növbəti il Sizə yeni peşəkar qələbələr və bütün təşəbbüslərinizdə uğurlar gətirsin.
Sizə işlərinizdə yeni nailiyyətlər, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.
Hörmətlə,

 

Pyotr Qlıboçko
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin
rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor

Məktublar 2026-08-27 11:04:00