


La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
London, 10 avqust, AZƏRTAC
Bu gün bir qayıqla La-Manş boğazını keçərək Böyük Britaniyaya rekord sayda - 230 miqrantın çatdığı bildirilir.
AZƏRTAC “GB News”a istinadla xəbər verir ki, miqrantların olduğu iri rezin qayıq gecə saatlarında Fransadan yola çıxıb və səhər tezdən Doverə çatıb. Bununla da bir qayıqla La-Manş boğazını keçən miqrantların sayı üzrə yeni rekord qeydə alınıb. Əvvəlki rekord iyul ayında qeydə alınmışdı. Həmin vaxt bir qayıqla 165 nəfər Böyük Britaniyaya çatmışdı.
Məlumatlara görə, son aylarda insan qaçaqmalçıları qayıqlara daha çox miqrant mindirməyə başlayıblar. Yanvar-iyul aylarında təxminən 14 min nəfər La-Manş boğazını keçərək ölkəyə gəlib.
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
Londonda 8 milyon funt sterlinqdən çox dəyəri olan avtomobillər müsadirə edilib
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
Elektrik skuterləri xəsarət riski baxımından üç dəfə daha təhlükəlidir – Araşdırma
Alimlər 37 dərəcəlik istiyə davam gətirən tetanus və difteriya peyvəndi hazırlayıblar