×
A
A
A
Sazlamalar

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Bakı, 6 avqust, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov Bakıda səfərdə olan Beynəlxalq Şahmat Federasiyası nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanda şahmatın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ölkəmizdə keçirilən və keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları, eləcə də bu sahədə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

İdman 2026-08-06 17:06:00