


Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub
Praqa, 6 avqust, AZƏRTAC
Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsd cəhdi üzrə məhkəmə qərarı siyasi müxalifətin hücumla əlaqəsini təsdiqləməyib.
AZƏRTAC xəbər verir ki, Bratislavadakı İxtisaslaşdırılmış Cinayət Məhkəməsi Robert Fitsoya 2024-cü ilin mayında silahlı hücum edən Yuray Sintsulanı terror aktında təqsirli bilib və 21 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə hesab edib ki, 72 yaşlı təqsirləndirilən şəxsin məqsədi hökumətin devrilməsinə nail olmaq olub. Prokurorluq ömürlük həbs cəzası tələb etsə də, məhkəmə onun yaşını və istintaqla əməkdaşlığını nəzərə alaraq cəzanı azaldıb.
Sintsula qərarı ədalətsiz adlandırıb.
Fitso isə hökmə münasibət bildirməyib. Baş nazir daha əvvəl hücumun siyasi müxalifətin yaydığı nifrətlə əlaqəli olduğunu iddia etmişdi. Lakin müxalifət bu ittihamları rədd edib.
Məhkəmə materialları hücumun müxalifət partiyaları tərəfindən təşkil edildiyini göstərən sübut təqdim etmir. Qərar Slovakiyada hücum ətrafında davam edən siyasi mübahisələr fonunda xüsusi siyasi və ictimai əhəmiyyət daşıyır.
Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı
ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək
Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib