×
A
A
A
Sazlamalar

AFFA rəsmisi Avropa Liqasının oyununda UEFA-nın nümayəndəsi olacaq

Bakı, 6 avqust, AZƏRTAC
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
AZƏRTAC xəbər verir ki, o, UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçiriləcək "İberiya" (Gürcüstan) – "Larne" (Şimali İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq. Qarşılaşma Tbilisi şəhərində yerləşən "Mixail Mesxi" stadionunda keçiriləcək.

 

İdman 2026-08-06 14:25:00