


Avropanın 80-dək səhiyyə təşkilatı Aİ-ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb
Berlin, 6 avqust, AZƏRTAC
Avropanın 80-dək səhiyyə təşkilatı Avropa İttifaqını (Aİ) əhalinin ekstremal istilərdən qorunması üçün hüquqi baxımdan məcburi tədbirlər qəbul etməyə çağırıb.
AZƏRTAC “Deutschlandfunk” radiosuna istinadla bildirir ki , Almaniya Federal Həkimlər Palatasının da imzaladığı bəyanatda ekstremal istilərin ciddi transsərhəd sağlamlıq təhlükəsi kimi tanınmasının vacibliyi vurğulanıb. Bəyanatda Aİ səviyyəsində “İstidən mühafizə planı”nın hazırlanması və fövqəladə maliyyə fondunun yaradılması təklif edilib. Bildirilib ki, bu fondun vəsaiti hesabına xəstəxanalar, qocalar evləri, uşaq bağçaları və məktəblərin iqlim dəyişikliklərinin təsirlərinə daha davamlı vəziyyətə gətirilməsi mümkün olacaq.
Səhiyyə təşkilatları, həmçinin əməyin mühafizəsi qaydalarının gücləndirilməsini və yaşayış binalarında sağlamlıq üçün təhlükəsiz daxili temperaturun təmin olunmasını tələb ediblər.
Qeyd edək ki, xüsusilə bu yay Avropada normadan artıq istilər müşahidə edilməkdədir. Almaniyanın Robert Kox İnstitutunun hesablamalarına görə, bu il iyulun ortalarınadək ölkədə yüksək temperatur nəticəsində təxminən on minə yaxın insan həyatını itirib.
Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı
ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək
Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib