×
A
A
A
Sazlamalar

Kristian Romero “Atletiko” ilə anlaşıb

Bakı, 6 avqust, AZƏRTAC
İngiltərənin "Tottenhem" klubunun müdafiəçisi Kristian Romero İspaniyanın "Atletiko" (Madrid) komandasına keçməyə yaxındır.
AZƏRTAC xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
O bildirib ki, argentinalı futbolçu ilə Madrid təmsilçisi arasında 2030-cu ilədək nəzərdə tutulan müqavilə ilə bağlı ilkin razılıq əldə olunub. Anlaşmaya əsasən, futbolçunun illik maaşı 6 milyon avro olacaq və müqavilənin müddətinin 2031-ci ilədək uzadılması da nəzərdə tutulur.
Hazırda "Atletiko" və "Tottenhem" arasında transferlə bağlı danışıqlar davam edir. London klubu 28 yaşlı mərkəz müdafiəçisi üçün 40-45 milyon avro tələb edir. Futbolçunun isə artıq komandadan ayrılmaq istədiyini rəhbərliyə bildirdiyi qeyd olunur.
Qeyd edək ki, Kristian Romero 2025/2026-cı illər mövsümündə İngiltərə çempionatında 23 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

 

İdman 2026-08-06 13:04:00