


Rusiya Ermənistanla ticarət dövriyyəsində kəskin azalma olduğunu bildirib
Moskva, 6 avqust, AZƏRTAC
Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi 2026-cı ildə kəskin şəkildə azalıb və bu prosesin davam edəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.
O, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Ermənistan arasındakı münasibətlərdəki inkişafların proqnozlaşdırılabilən olduğunu və Rusiya tərəfinin son üç-dörd ildə erməni həmkarları ilə qarşılıqlı ticarətin azalması risklərini müzakirə etdiyini deyib.
Overçuk qeyd edib ki, 2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollarlıq rekord həddə çatıb. 2025-ci ildə isə bu rəqəm təxminən 8 milyard dollara düşüb.
Baş nazirin müavininin sözlərinə görə, 2026-cı ildə ticarət əvvəlki ilə nisbətən təxminən üçdə iki həcmdə azalıb. Overçuk əlavə edib ki, onun fikrincə, azalma tendensiyası davam edəcək.
Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı
ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək
Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib