


Qazaxıstan göyərtəsində sərnişin olan ilk pilotsuz hava gəmisini səmaya qaldırıb
Astana, 6 avqust, AZƏRTAC
Qazaxıstan göyərtəsində sərnişin olan ilk pilotsuz hava gəmisini (EH216-S) səmaya qaldırıb.
AZƏRTAC Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, elektrik şaquli qalxma və eniş (eVTOL) təyyarəsinin nümayiş uçuşu 2026-cı il “Future Games” beynəlxalq turniri çərçivəsində paytaxtın xüsusi icazə verilmiş ərazisi üzərində baş tutub.
Təyyarə iki sərnişini daşımaq üçün nəzərdə tutulub, saatda 130 kilometrə qədər sürətə çatır və 35 kilometrədək məsafəyə uça bilir.
İlk olaraq, Qazaxıstan ölkənin təbii, mədəni və tarixi abidələri üzərində 5 dəqiqədən 30 dəqiqəyə qədər davam edən nümayiş və turizm marşrutları təşkil etməyi planlaşdırır.
Gələcəkdə pilotsuz sərnişin təyyarə sistemləri təcili tibbi yardım göstərmək, dərman çatdırmaq, yanğınsöndürmə, logistika, habelə yüksək sürət və səmərəlilik tələb edən digər vəzifələr üçün istifadə edilə bilər.
Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı
ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək
Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib