×
A
A
A
Sazlamalar

Baş Qərargah rəisi: İsrail Qəzzada “proaktiv şəkildə fəaliyyət göstərməyə" davam edəcək

Bakı, 6 avqust, AZƏRTAC

İsrail ordusu Qəzzada "proaktiv şəkildə fəaliyyət göstərməyə" davam edəcək.
AZƏRTAC “Euronews”a istinadən xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir açıqlayıb.
E.Zamir bu fikirləri bir neçə yüksəkrütbəli İsrail komandiri ilə görüşüb, onlardan bölgədəki vəziyyətlə bağlı hesabat aldıqdan sonra söyləyib.
“Qəzzə zolağında HƏMAS-a ağır zərbə endirdik, onu əhəmiyyətli dərəcədə zəiflətdik və təhlükəsizlik vəziyyətini dəyişdik. İsrail ordusu təhdidləri aradan qaldırmaq, təhlükəsizliyi təmin etmək üçün müəyyən etdiyimiz prinsipə uyğun olaraq “proaktiv fəaliyyətini davam etdirəcək””, - deyə Eyal Zamir əlavə edib.
Baş Qərargah rəisinin bu bəyanatı İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ tərəfindən Qəzza üçün təklif olunan planla razılaşmadığını bildirməsindən sonraya təsadüf edir. Həmin plan İsrail qüvvələrinin ərazidən çıxarılmasını və HƏMAS üzvlərinin tərksilah edilməsini nəzərdə tuturdu.

Dünya 2026-08-06 06:35:00