


Tramp: İnsanların ölməsindənsə, İranla razılığa gəlməyə üstünlük verərdim
Bakı, 6 avqust, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla danışıqlar apardığını və növbəti hərbi əməliyyatdansa saziş bağlamağa üstünlük verəcəyini bildirib.
AZƏRTAC “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, Nevada ştatının Las-Veqas şəhərində çıxış edən Tramp iddia edib ki, İran rəsmiləri danışıqlar xahiş etməzdən əvvəl ABŞ İkinci Dünya Müharibəsindən bəri ən böyük hücuma hazırlaşırmış.
“Biz İkinci Dünya Müharibəsindən bəri ən böyük hücuma tam hazır idik, lakin onlar mənə zəng edərək xahiş etdilər ki, bunu etməyim. “Gəlin danışaq” - dedilər. Tehranın nüvə silahı əldə etməsinə icazə verilməyəcək. Mən İranla razılığa gəlməyə üstünlük verərdim, çünki insanların ölməsini istəmirəm”, - deyə ABŞ lideri əlavə edib.
Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı
ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək
Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib