


Məsud Pezeşkian: Əgər İran indiyə qədər ayaqda qala bilibsə, buna görə xalqa borcludur
Bakı, 6 avqust, AZƏRTAC
İran Prezidenti Məsud Pezeşkian xalqının düşmənlərin təzyiqlərinə müqavimət göstərdiyini və ölkəsinin müasir tarixin ən çətin vəziyyətinin öhdəsindən gəldiyini bildirib.
AZƏRTAC “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, İran lideri xalqına təşəkkür edib.
“Əgər İran indiyə qədər ayaqda qala bilibsə, buna görə xalqa borcludur", — deyə o qeyd edib.
Prezident düşmənin İran xalqını etirazlara təhrik etməyə çalışdığını, lakin İran hökumətinin xalqı məyus etməməkdə qərarlı olduğunu vurğulayıb: "Əgər biz xalqın yanında dayansaq, heç bir qüvvə bizi diz çökdürə bilməz”.
Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı
ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək
Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib