


Gürcüstanda enerji sisteminin tamamilə dayandırılması "Enquri" SES-in planlaşdırılan sınaqları ilə əlaqədardır
Tbilisi, 5 avqust, AZƏRTAC
Gürcüstanın enerji sisteminin tamamilə dayandırılması "Enquri" SES-in planlaşdırılan sınaqları ilə əlaqədardır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının üzvü Giorgi Phangani məlumat verib.
Onun sözlərinə görə, qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün hazırda hadisənin ətraflı təhlili aparılır.
“Bu gün Dövlət Elektrik Sistemi "Enguri" SES-in bloklarında planlı sınaqlar keçirib. Məqsəd 24 və 25 iyul tarixlərində baş verən qəzaları nəzərə alaraq sistemdəki zəif nöqtələri müəyyən etmək və qiymətləndirmək idi. Sınaq digər tədbirlərlə yanaşı, Gürcüstan enerji sisteminin təcrid olunmuş rejimdə işləməsini də əhatə edib. Bu rejim, enerji sisteminin tamamilə bağlanması ehtimalı da daxil olmaqla, əhəmiyyətli texniki risklərlə əlaqələndirilirdi”, - deyə Giorgi Phangani bildirib.
Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı
ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək
Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib