×
A
A
A
Sazlamalar

Çempionlar Liqası: "Orxus" "Sabah"a qalib gəlib - YENİLƏNİB 2

Bakı, 5 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkada "Orxus" və “Sabah” komandaları arasında ilk oyun başa çatıb.
AZƏRTAC xəbər verir ki, "Randers" stadionunda keçirilən qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Orxus"un qollarını Ceyms Boqere vurub. Azərbaycan təmsilçisinin yeganə qoluna isə Velko Simiç imza atıb.
Komandalar arasında cavab matçı avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq.

22.20


UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkada "Orxus" və “Sabah” komandaları arasında ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, "Randers" stadionunda keçirilən qarşılaşmanın ilk yarısından sonra rəqib 1:0 hesabı ilə qalib gəlir.
Qolu 31-ci dəqiqədə Ceyms Boqere vurub.
Görüşü sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edir.
Komandalar arasında cavab matçı avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq.

22.01


UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkada "Orxus" və “Sabah” komandaları arasında ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, ev sahibləri "Randers" stadionunda keçirilən qarşılaşmanın fəsiləsinə 1:0 hesablı üstünlüklə yollanıb.
Qolu 31-ci dəqiqədə Ceyms Boqere vurub.
Görüşü sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edir.
Komandalar arasında cavab matçı avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq.

21.10

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkada "Orxus" və “Sabah” komandaları arasında ilk oyun başlayıb.
AZƏRTAC xəbər verir ki, "Randers" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 21:10-da start götürüb.
Görüşü sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edir.
Komandalar arasında cavab matçı avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq.

Müxbir - Cavid Əliyev

İdman 2026-08-05 23:10:00