×
A
A
A
Sazlamalar

Çempionlar Liqası: "Orxus" - "Sabah" oyununun başlama saatı dəyişib

Bakı, 5 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orxus" (Danimarka)-"Sabah" oyunu nəzərdə tutulan vaxtdan yarım saat sonra - 21:00-da başlayacaq.
Bu barədə AZƏRTAC-a Bakı klubundan məlumat verilib.
Buna səbəb Orxus şəhərindən Randers şəhərinə gedən yolda baş verən avtoqəza səbəbindən yaranan tıxaca görə komandaları gətirən avtobusların yubanmasıdır.
Məlumat üçün "Orxus" klubunun ev oyunlarını keçirdiyi stadion yenidən qurulduğundan avrokubok oyunları "Randers" stadionunda keçirilir.

İdman 2026-08-05 19:56:00