


“Uraldronzavod”un rəhbəri avtomobilin partlaması nəticəsində xəsarət alıb
Moskva, 5 avqust, AZƏRTAC
“Uraldronzavod”un FPV tipli “Upır” dronlarını istehsal edən baş direktoru Vladimir Tkaçuk Sverdlovsk vilayətinin Bolşoy İstok qəsəbəsində avtomobilin partlaması nəticəsində ağır xəsarətlər alıb.
AZƏRTAC xəbər verir ki, operativ xidmətlərin məlumatına görə, o, hazırda ağır vəziyyətdə reanimasiya şöbəsindədir.
Onunla birlikdə avtomobildə olan sürücü həlak olub.
Baş vermiş hadisə ilə bağlı ümumi təhlükə yaradan üsulla törədilmiş qəsdən adamöldürməyə cəhd maddəsi üzrə cinayət işi başlanıb. Partlayışın başvermə şəraiti araşdırılır.
Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı
ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək
Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib