


Roma Papası Uruqvay, Argentina və Peruya səfər edəcək
Bakı, 5 avqust, AZƏRTAC
Vatikan Papa XIV Leonun noyabrın 6-dan 17-dək Uruqvay, Argentina və Peruya səfər edəcəyini elan edib. Bu səfər ötən il Papa seçilməzdən əvvəl onilliklər ərzində Peruda missioner və yepiskop kimi fəaliyyət göstərmiş Katolik Kilsəsinin rəhbəri üçün böyük əhəmiyyət daşıyacaq.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Papa noyabrın 6–8-də Uruqvaya, 8–11-də Argentinaya, 11–17-də isə Peruya səfər edəcək.
Qeyd edək ki, ABŞ-də anadan olmuş ilk Papa olan Leo, həmçinin Peru vətəndaşıdır. O, 2015–2023-cü illərdə ölkənin şimal-qərbində yerləşən Çiklayo şəhərinin yepiskopu vəzifəsində çalışıb.
Papa Peruda olduğu müddətdə Çiklayo ilə yanaşı, Lima, Kusko və Pukalpa şəhərlərini də ziyarət edəcək. O, Argentinada Buenos-Ayres, Kordoba və Luxan, Uruqvayda isə Montevideo, Paysandu və Florida şəhərlərinə səfər edəcək.
Vatikan səfərlə bağlı təfərrüatları açıqlamayıb və tam marşrutların daha sonra ictimaiyyətə təqdim olunacağını bildirib.
Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı
ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək
Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib