×
A
A
A
Sazlamalar

Futbol üzrə Azərbaycan II Liqasında yeni mövsümün püşkü atılıb

Bakı, 5 avqust, AZƏRTAC
Futbol üzrə Azərbaycan II Liqasında 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, I turda aşağıdakı komandalar üz-üzə gələcək:
"Qaradağ Lökbatan" – "Haypers"
"Şirvan" – "Kür-Araz"
"Şəki Sity" – "Ağdaş"
"Şəmkir" – "Marafon"
"Difai" – "Dinamo"
"Zəngəzur" – "Ağstafa Gəncləri"
Qeyd edək ki, II Liqada 12 komanda mübarizə aparacaq. İlk turun oyunları sentyabrın 1-də keçiriləcək.

İdman 2026-08-05 17:00:00