


Samir Əliyev: “Sabah”ın əvvəlki rəqibləri ilə müqayisədə “Orxus” daha keyfiyyətli komandadır
Bakı, 5 avqust, AZƏRTAC
“Orxus” haqqında geniş məlumatım yoxdur. Amma Çempionlar Liqasında iştirak edirsə, deməli, güclü rəqibdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Samir Əliyev “Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkada "Orxus"a qarşı keçirəcəyi oyunlarla bağlı danışarkən deyib.
Mütəxəssis bildirib ki, Danimarkanı avrokuboklarda adətən "Kopenhagen" təmsil edir, "Orxus"un ötən mövsüm çempion olub bu komandanı qabaqlaması onun gücündən xəbər verir: “Bundan başqa, onlar Çempionlar Liqasının əvvəlki təsnifat mərhələsində ilk oyunda evdə Polşa təmsilçisi “Lex”ə 1:4 hesabı ilə məğlub olsalar da, cavab görüşündə Polşada əzmkar geridönüş edərək mərhələ adlamağı bacardılar. Bu da komandanın xarakterini və potensialını göstərir”.
Samir Əliyev səfərdə "Sabah"ı çətin sınağın gözlədiyini qeyd edib: “Bugünkü oyunun asan keçəcəyini düşünmürəm. Danimarka çempionu əvvəlki rəqiblərlə müqayisədə daha güclü və keyfiyyətli komandadır. Bununla belə, ümid edirəm ki, "Sabah" səfərdə sərfəli nəticə qazanacaq. Cavab oyunu Bakıda keçiriləcək. Arzulayıram ki, təmsilçimiz Azərbaycanı layiqincə təmsil etsin və pley-offa yüksəlsin”.
Qeyd edək ki, bu gün “Randers” stadionunda keçiriləcək “Orxus” - “Sabah” görüşü Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması avqustun 11-də Masazırdakı “Bank Respublika Arena”da təşkil olunacaq.
Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub
Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2
İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb
Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb
Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır