


“Qarabağ” “Dinamo” ilə oyun üçün Polşaya yola düşüb
Bakı, 5 avqust, AZƏRTAC
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Ukraynanın “Dinamo” (Kiyev) klubunun qonağı olacaq “Qarabağ” matçın keçiriləcəyi Polşaya yollanıb.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan Lublin şəhərinə yola düşüb.
Qeyd edək ki, avqustun 6-da "Lublin Arena"da təşkil olunacaq "Dinamo" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında cavab görüşü isə avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub
Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2
İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb
Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb
Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır