×
A
A
A
Sazlamalar

Məhəmməd Salah “Trabzonspor”la müqavilə imzalamaq üçün Türkiyəyə gəlib

Bakı, 5 avqust, AZƏRTAC

"Trabzonspor" komandasının yeni transferi Məhəmməd Salah Türkiyəyə gəlib.
AZƏRTAC “NTV Spor”a istinadən xəbər verir ki, ulduz futbolçunu gətirən təyyarə İstanbul hava limanına eniş edib.
Misirli hücumçu bu gün Trabzona yollanacaq və tibbi müayinədən keçəcək. Daha sonra isə onunla 2 illik rəsmi müqavilə imzalanacaq.
İddiaya görə, forvard yeni klubunda illik 17 milyon avro maaş alacaq.
Qeyd edək ki, Məhəmməd Salah son olaraq İngiltərənin “Liverpul” komandasında çıxış edib.

İdman 2026-08-05 13:02:00