


Azərbaycan çempionu heyətini kubalı voleybolçu ilə gücləndirib
Bakı, 5 avqust, AZƏRTAC
Qadın voleybolçulardan ibarət "Turan" komandası heyətini yeni oyunçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, son Azərbaycan çempionu Kuba millisinin üzvü Ana Yilian Klegeri transfer edib. 1.85 metr boya malik voleybolçu ilə 2026/2027-ci illər mövsümünün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Ana Yilian Kleger daha əvvəl Azərbaycanda "Rabitə" və "Telekom" klublarının da formasını geyinib. Bundan başqa, Türkiyədə "Samsun Anakent" və Serbiyada "Srvena Zvezda" kimi komandalarda çıxış edib. O, 2010-cu ildə dünya çempionatının iştirakçısı olub.
Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub
Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2
İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb
Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb
Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır