×
A
A
A
Sazlamalar

Azərbaycanın 2 boksçusu Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

Bakı, 5 avqust, AZƏRTAC

Avqustun 6-da Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəbli boksçular (U-15) arasında beynəlxalq turnir start götürəcək.
Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 4 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.
Məşqçi Etibar Abdullayevin rəhbərliyi altında Sərxan Haqverdiyev (70 kiloqram) və Teymur Tanrıverdiyev (+70 kiloqram) rinqə çıxacaqlar.

 

İdman 2026-08-05 11:05:00