


“Trabzonspor” Məhəmməd Salahın transferini açıqlayıb
Bakı, 5 avqust, AZƏRTAC
Türkiyənin “Trabzonspor” komandası Misir millisinin futbolçusu Məhəmməd Salahla anlaşıb.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, transferi rəsmiləşdirmək üçün 34 yaşlı hücumçu İstanbula dəvət olunub.
Tibbi müayinədən keçdikdən sonra ulduz futbolçu ilə 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Məhəmməd Salahın son klubu İngiltərə “Liverpul”u olub. O, bu yay Mersisayd təmsilçisindən ayrılıb. Salah karyerası ərzində İsveçrənin “Bazel”, İngiltərənin “Çelsi”, İtaliyanın “Fiorentina” və “Roma” klublarının da formasını geyinib.
Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub
Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2
İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb
Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb
Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır