


Valdas Dambrauskas: Bu mərhələyə kimi gəlmək hər bir baş məşqçinin xəyalıdır
Bakı, 4 avqust, AZƏRTAC
Bu mərhələyə kimi gəlmək hər bir baş məşqçinin xəyalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Orxus”a (Danirmarka) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə deyib.
“Biz bu oyuna yaxşı hazırlaşmışıq. Danimarka futbolu kifayət qədər yaxşı səviyyədədir. Biz xırda detallara belə fikir verəcəyik. Rəqibə hörmət edirik. Məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır”, - deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, avqustun 5-də “Randers” stadionunda keçiriləcək “Orxus” – “Sabah” görüşü Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması avqustun 11-də Masazırdakı “Bank Respublika Arena”da təşkil olunacaq.
Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub
Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2
İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb
Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb
Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır