×
A
A
A
Sazlamalar

Voleybol üzrə Azərbaycan və Latviya yığmalarının oyunlarının vaxtı açıqlanıb

Bakı, 4 avqust, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda Latviya yığmasına qarşı keçirəcəyi yoxlama oyunlarının vaxtı bəlli olub.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, görüşlər avqustun 7 və 8-də olacaq.
Azərbaycan yığması ilə yoxlama görüşü keçirəcək digər komanda - Belarus isə avqustun 9-dan sonra Bakıya səfər edəcək. Hələlik bu komanda ilə matçların vaxtı barədə dəqiq məlumat yoxdur.

İdman 2026-08-04 17:54:00