


Azərbaycan atıcısı Avropa çempionatının finalına yüksəlib
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycan atıcısı Zeynəb Sultanova Polşanın Vrotslav şəhərində keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, o, 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında həlledici mərhələyə vəsiqə qazanıb.
Təsnifat mərhələsində yüksək nəticə göstərən idmançı finala yüksələrək medal uğrunda mübarizə aparmaq hüququ əldə edib.
Qeyd edək ki, U-23 Avropa çempionatına avqustun 12-də yekun vurulacaq.
Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub
Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2
İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb
Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb
Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır