


“Kəpəz” moldovalı futbolçunu heyətinə qatıb
Bakı, 4 avqust, AZƏRTAC
Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Gəncə təmsilçisi moldovalı yarımmüdafiəçi Viktor Stinanın keçidini rəsmiləşdirib. 28 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, son olaraq Moldovanın “Zimbru” klubunun formasını geyinən Viktor Stina ölkəsinin milli komandasında da çıxış edib. O, Moldova yığmasının heyətində keçirdiyi 30 oyunda 4 qola imza atıb.
Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub
Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2
İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb
Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb
Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır