


Fuad Muradov: Diaspor gəncləri Azərbaycan həqiqətlərinin təbliğində mühüm rol oynayırlar VİDEO
Zəngilan, 2 avqust, AZƏRTAC
Xaricdə yaşayan azərbaycanlı gənclər Azərbaycanın həqiqətlərinin təbliğində mühüm rol oynayırLAR.
AZƏRTAC xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Zəngilanda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı zamanı çıxışında söyləyib.
O, xaricdə yaşayan azərbaycanlı gənclərin Azərbaycan həqiqətlərinin təbliğində və ölkəyə qarşı aparılan qarayaxma kampaniyalarına qarşı mübarizədə fəal rol oynamalı olduqlarını bildirərək deyib: "Azərbaycanın yerləşdiyi coğrafiya daim müxtəlif çağırışlarla üz-üzədir və bu səbəbdən gənclər ölkəyə qarşı yönələn təhdidlərə, yanlış məlumatlandırma cəhdlərinə qarşı hazır olmalıdırlar".
Fuad Muradov diaspor gənclərinin əsas vəzifələrindən birinin Azərbaycanın haqq səsini yaşadıqları ölkələrdə layiqincə çatdırmaq, ölkəmiz haqqında obyektiv məlumatların yayılmasına töhfə vermək olduğunu vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib
Ceyhun Bayramov: Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük etməkdən məmnun olarıq VİDEO