


Vahid Hacıyev: Cəbrayıl, Qubadlı və Zəngilanda salınacaq bütün məntəqələr dayanıqlı inkişaf prinsipləri əsasında planlaşdırılıb VİDEO
Zəngilan, 2 avqust, AZƏRTAC
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında salınacaq bütün yaşayış məntəqələri dayanıqlı inkişaf prinsipləri əsasında planlaşdırılıb və biz gündəlik fəaliyyətimizi də məhz bu prinsiplərə uyğun şəkildə həyata keçiririk.
Artıq Cəbrayıl və Zəngilan şəhərlərinə, eləcə də Horovlu, Şükürbəyli, Ağalı və Məmmədbəyli kəndlərinə sakinlərin köçü təmin olunub. Hazırda Zəngilan və Cəbrayıl şəhərlərində məskunlaşma prosesi davam edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı zamanı çıxışında söyləyib.
O bildirib ki, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində, Qubadlı şəhərində, eləcə də digər kənd və qəsəbələrdə tikinti, yenidənqurma layihələri intensiv şəkildə icra olunur.
“Artıq həmin ərazilərdə minlərlə insan yaşayır, firavan həyat qurur və müxtəlif sahələrdə fəaliyyət göstərərək regionun sosial-iqtisadi inkişafına öz töhfəsini verir”, - deyə xüsusi nümayəndə əlavə edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib
Ceyhun Bayramov: Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük etməkdən məmnun olarıq VİDEO