×
A
A
A
Sazlamalar

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 331-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594, № 7, maddələr 706, 714, 716, № 8, maddə 800, № 9, maddələr 857, 863, 870, 879, № 10, maddə 972, № 11, maddə 1084, № 12 (II kitab), maddələr 1207, 1233, 1257; 2026, № 2, maddələr 173, 187, 189, № 3, maddə 264; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 6 aprel tarixli 96 nömrəli, 29 aprel tarixli 123 nömrəli, 12 may tarixli 141 nömrəli, 14 may tarixli 145 nömrəli, 15 may tarixli 149 nömrəli, 3 iyun tarixli 165 nömrəli, 9 iyun tarixli 173 nömrəli və 25 iyun tarixli 200 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”nin “279100. “Dövlət qulluqçularına ödənişlər” paraqrafında “könüllü işdən çıxdıqda, hesablanmış aylıq pensiyanın müəyyən olunmuş məbləğində” sözləri “öz arzusu ilə və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verilməsi ilə əlaqədar verilən” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 24 ” “ iyul ” 2026-cı il
№ 237

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı

“Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası”nın və “Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası”nın, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə sığorta məbləğinin müəyyənləşdirilməsi Qaydası”nın, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi Qaydası”nın və “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 19 dekabr tarixli 207 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2026-07-24 17:55:00