×
A
A
A
Sazlamalar

“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 633 (Cild I); 2024, № 9, maddə 1083) ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”nın 1-ci hissəsində “müştərək” sözü “birgə istehsal edilən” sözləri ilə əvəz edilsin.
2. “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 iyul tarixli 196 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 7, maddə 700) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adında və ikinci abzasda “Filmlərin” sözü “Xarici və birgə istehsal filmlərinin” sözləri ilə əvəz edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları” üzrə:
2.2.1. adında “Filmlərin” sözü “Xarici və birgə istehsal filmlərinin” sözləri ilə əvəz edilsin;
2.2.2. 1.1-ci bənddə “filmlərin” sözü “xarici və birgə istehsal filmlərinin” sözləri ilə əvəz edilsin;
2.2.3. 2.2-ci bəndin birinci cümləsində, 7.3-cü bənddə və 4.10.4-cü yarımbənddə ismin müvafiq hallarında “istehsalçısı” sözü ismin müvafiq hallarında “prodüseri” sözü ilə əvəz edilsin;
2.2.4. 2.3.1-ci yarımbənddə “istehsalçı” sözü “prodüser” sözü ilə əvəz edilsin;
2.2.5. 2.5-ci bənddə “istehsalçısının” sözü “prodüserinin” sözü ilə və “birgə istehsalçısı” sözləri “prodüseri” sözü ilə əvəz edilsin;
2.2.6. 2.7.1-ci yarımbənddə “istehsalçısının” sözü “prodüserinin” sözü ilə və “istehsalçının” sözü “prodüserin” sözü ilə əvəz edilsin;
2.2.7. mətn üzrə ismin müvafiq hallarında “xarici film istehsalçısı” sözləri ismin müvafiq hallarında “xarici prodüser” sözləri ilə əvəz edilsin;
2.2.8. 3.2-ci bənddə “Xarici film istehsalçısına” sözləri “Xarici prodüserə” sözləri ilə əvəz edilsin;
2.2.9. 5.7-ci bənddə “istehsalçısı” sözü “prodüseri” sözü ilə və “istehsalçıları” sözü “prodüserləri” sözü ilə əvəz edilsin;
2.3. həmin Qaydaların 1, 2 və 3 nömrəli əlavələrinin yuxarı sağ küncündə “Filmlərin” sözü “Xarici və birgə istehsal filmlərinin” sözləri ilə əvəz edilsin;
2.4. 3 nömrəli əlavə üzrə:
2.4.1. 1.1-ci bənddə “xarici film istehsalçısı” sözləri “xarici prodüser” sözləri ilə və “Filmlərin” sözü “Xarici və birgə istehsal filmlərinin” sözləri ilə əvəz edilsin;
2.4.2. 7.1.4-cü yarımbənddə “istehsalçısı” sözü “prodüseri” sözü ilə əvəz edilsin;
2.4.3. 11-ci hissədə “yerli film istehsalçısı” sözləri “yerli prodüser” sözləri ilə, “xarici film istehsalçısı” sözləri “xarici prodüser” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 24 ” “ iyul ” 2026-cı il
№ 235

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı

“Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası”nın və “Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası”nın, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə sığorta məbləğinin müəyyənləşdirilməsi Qaydası”nın, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi Qaydası”nın və “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 19 dekabr tarixli 207 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2026-07-24 14:46:00