×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 310 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji menecment sisteminə dair Tələblər”də və 2023-cü il 18 aprel tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 322-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 yanvar tarixli 582 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 310 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 8, maddə 997 (Cild I); 2024, № 1, maddə 105) ilə təsdiq edilmiş “Enerji menecment sisteminə dair Tələblər”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.4-cü bəndə “məlumatı” sözündən sonra “enerji effektivliyi informasiya sistemi (bundan sonra – EEİS) vasitəsilə” sözləri əlavə edilsin;
1.2. 3.7.9-cu yarımbəndə “qədər” sözündən sonra “EEİS vasitəsilə” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 18 aprel tarixli 123 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 4, maddə 594 (Cild I) ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.3-cü bəndə (birinci halda) “qiymətləndirilməsi” sözündən sonra “enerji effektivliyi informasiya sistemi (bundan sonra – EEİS) vasitəsilə” sözləri əlavə edilsin;
2.2. 2.3-cü bənddə “yazılı və ya elektron qaydada” sözləri “EEİS vasitəsilə” sözləri ilə əvəz edilsin;
2.3. 2.4-cü və 2.5-ci bəndlərə “rəsmiləşdirilir” sözündən sonra “və qəbul edildiyi tarixdən 5 (beş) iş günü müddətində qərarın surəti həmin təsərrüfat subyektinin EEİS-dəki elektron kabinetində yerləşdirilir” sözləri əlavə edilsin;
2.4. 2.7-ci bəndin birinci cümləsinə və 5.2-ci bəndə “tərəfindən” sözündən sonra “EEİS vasitəsilə” sözləri əlavə edilsin;
2.5. 5.1-ci bəndə “edir” sözündən sonra “və 5 (beş) iş günü müddətində həmin təsərrüfat subyektinin EEİS-dəki elektron kabinetində yerləşdirir” sözləri əlavə edilsin.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 23 ” “ iyul ” 2026-cı il
№ 232

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı

“Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası”nın və “Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası”nın, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə sığorta məbləğinin müəyyənləşdirilməsi Qaydası”nın, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi Qaydası”nın və “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 19 dekabr tarixli 207 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2026-07-24 14:40:00