


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 961 (Cild I); 2024, № 7, maddə 899; 2025, № 12 (II kitab), maddə 1204) ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. İkinci sətrə “qaraciyər” sözündən əvvəl “ürək,” sözü əlavə edilsin.
2. Yeddinci sətirdən “Müalicəvi” sözü çıxarılsın və həmin sətrə “sümük iliyi” sözlərindən sonra “, kök hüceyrələri” sözləri əlavə edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 20 ” “ iyul ” 2026-cı il
№ 225