


Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib VİDEO
Berlin, 20 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də, axşam radələrində Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Berlin şəhərinin Brandenburq “Willy Brandt” Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini rəsmi şəxslər qarşıladılar.