×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”nda və 2021-ci il 25 may tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart tarixli 66 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 235 (Cild I); 2025, № 9, maddə 860, № 12 (II kitab), maddə 1225) ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.5-ci bənddə “qəbul” sözü “yerləşdirilmə və həmin müəssisəni tərk etmə” sözləri ilə, “şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi” sözləri “şəxsin (ailənin) dövlət sosial xidmət müəssisəsinə yerləşdirilməsi və həmin müəssisəni tərk etməsi, habelə sosial xidmətin göstərilməsi” sözləri ilə əvəz edilsin;
1.2. 2.1.1-ci yarımbənddə “qəbul edilmiş” sözləri “yerləşdirilmiş” sözü ilə əvəz edilsin;
1.3. 2.1.2-ci yarımbənddə “qəbul edilmiş şəxslərin sanitariya-gigiyena normalarına uyğun şəraitdə yerləşdirilməsi” sözləri “yerləşdirilmiş şəxslərə sanitariya-gigiyena normalarına uyğun şəraitdə xidmətlərin göstərilməsi” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 25 may tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 528 (Cild I); 2024, № 3, maddə 314) ilə təsdiq edilmiş “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti Qaydası”nın 5.10-cu bəndinə (birinci halda) “yerləşdirilməsi” sözündən sonra “və həmin müəssisəni tərk etməsi, habelə sosial xidmətin göstərilməsi” sözləri əlavə edilsin, “şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi” sözləri “şəxsin (ailənin) dövlət sosial xidmət müəssisəsinə yerləşdirilməsi və həmin müəssisəni tərk etməsi, habelə sosial xidmətin göstərilməsi” sözləri ilə əvəz edilsin.

 


Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 20 ” “ iyul ” 2026-cı il
№ 222

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı

“Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası”nın və “Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası”nın, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə sığorta məbləğinin müəyyənləşdirilməsi Qaydası”nın, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi Qaydası”nın və “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 19 dekabr tarixli 207 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2026-07-20 16:57:00