×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 823 (Cild I); 2024, № 1, maddə 77, № 9, maddə 1106; 2025, № 3, maddə 293; 2026, № 1, maddə 79) ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.4-cü bəndə “gömrük yığımları” sözlərindən sonra “(bu Sənədin 2.1-1-ci bəndində nəzərdə tutulan gömrük yığımları istisna olmaqla)” sözləri əlavə edilsin;
1.2. 2.1-ci bənddə “Malların” sözü “Bu Sənədin 2.1-1-ci bəndi nəzərə alınmaqla, malların” sözləri ilə əvəz edilsin;
1.3. аşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. Bu Sənədin 2.1-ci bəndi ilə müəyyən olunmuş gömrük yığımlarına əlavə olaraq, aşağıdakı malların sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilməsinə görə müvafiq məbləğlərdə gömrük yığımları alınır:
2.1-1.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər tərəfindən sənaye parklarında istehsal məqsədilə xammal kimi idxal istisna olmaqla, xarici iqtisadi fəaliyyətin mal nomenklaturunun 7213 (7213 91 410 0 alt yarımmövqeyi istisna olmaqla) və 7214 mal mövqeyində təsnifləşdirilən “dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar”ın 1 tonu üçün - 150 manat;
2.1-1.2. xarici iqtisadi fəaliyyətin mal nomenklaturunun 7005 10 050 0, 7005 10 250 0, 7005 10 300 0, 7005 10 800 0, 7005 21 250 0, 7005 21 300 0, 7005 21 800 0, 7005 29 250 0, 7005 29 350 0, 7005 29 800 0 alt yarımmövqelərində təsnifləşdirilən armaturlaşdırılmamış şüşələrin 1 tonu üçün - 100 manat.”.
2. Bu Qərar 2026-cı il 31 dekabr tarixinədək qüvvədədir.

 


Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 20 ” “ iyul ” 2026-cı il
№ 220

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı

“Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası”nın və “Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası”nın, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə sığorta məbləğinin müəyyənləşdirilməsi Qaydası”nın, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi Qaydası”nın və “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 19 dekabr tarixli 207 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2026-07-20 16:53:00