


Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 15-də Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumu çərçivəsində Azərbaycan Turizm Bürosu (ATB) ilə “Slovakia Travel” arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair memorandum imzalanıb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən, tərəflər turizm sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə B2B formatlı tədbirlərin, eləcə də turizm sənayesi və media nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili istiqamətində birgə fəaliyyət göstərəcəklər. Bununla yanaşı, memorandumda hər iki ölkənin turizm potensialının beynəlxalq səviyyədə təşviqi və turizm sənayesi arasında əlaqələrin inkişafı məqsədilə birgə marketinq və tanıtım layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Wizz Air” aviaşirkəti tərəfindən Bakı və Bratislava şəhərləri arasında birbaşa uçuşların həyata keçirilməsi planlaşdırılır.
Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər
Əziz Şiriyev: Əvvəlki aylarla müqayisədə turizm sektorunda müəyyən canlanma müşahidə olunur
Yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub