


Abbas Abbasov: Prezident İlham Əliyevin BTQ ilə bağlı fikirləri bizim üçün ən yüksək etimaddır VİDEO
Şuşa, 14 iyul, AZƏRTAC
Şuşa Qlobal Media Forumunun dördüncü dəfə keçirilməsi göstərir ki, xarici media subyektləri ölkəmizi beynəlxalq informasiya mübadiləsinin ən mühüm platformalarından biri kimi qəbul edir. Hər il bu forumda nüfuzlu informasiya agentliklərinin nümayəndələri iştirak edərək media qarşısında duran aktual çağırışları müzakirə edir, fikir və təcrübə mübadiləsi aparırlar. Bu, Azərbaycanın qlobal media məkanına verdiyi mühüm töhfələrdən biridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov səsləndirib.
O bildirib ki, Bakı Təşəbbüs Qrupu üçün xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri Prezidentin Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən media brifinqində xarici media nümayəndələrinin suallarını cavablandırarkən təşkilatın fəaliyyətini xüsusi qeyd etməsi olub.
“Konqo Demokratik Respublikasını təmsil edən jurnalistin medianın kolonializmlə mübarizədəki rolu ilə bağlı sualını cavablandıran Prezident İlham Əliyev vurğulayıb ki, kolonializmlə bağlı legitim mübarizəyə dair geniş məlumatların və hüquqi çərçivədə atılan addımların beynəlxalq ictimaiyyətə çatdırılmasında ilk təşəbbüs göstərən təşkilatlardan biri məhz Bakı Təşəbbüs Qrupudur. Dövlətimizin başçısı təşkilatın beynəlxalq qeyri-hökumət təşkilatı kimi səmərəli fəaliyyət göstərdiyini də qeyd edib.
Həm Bakı Təşəbbüs Qrupu, həm də dekolonizasiya prosesinə qoşulan bütün tərəflər adından Prezidentə minnətdarlığımı bildirirəm. Bizim üçün fəaliyyətimizin bu səviyyədə qiymətləndirilməsi ən yüksək etimadın ifadəsidir", – deyə A.Abbasov əlavə edib.
Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb VİDEO
Efiopiyanın Baş naziri: Azərbaycan son illərdə beynəlxalq aləmdə yüksək nüfuz qazanıb