×
A
A
A
Sazlamalar

“Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 407 (Cild I); 2025, № 2, maddə 158) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında “Çexiya” sözü “Çex” sözü ilə əvəz edilsin;
1.2. 1-ci hissə üzrə:
1.2.1. hər iki halda “Çexiya” sözü “Çex” sözü ilə əvəz edilsin;
1.2.2. “Anar Axundov – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini” sözləri “Azərbaycan Respublikasının iqtisadiyyat naziri” sözləri ilə əvəz edilsin.
1.3. 2-ci hissədə hər iki halda “Çexiya” sözü “Çex” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Çex Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2026-cı il

Sərəncamlar 2026-07-08 15:27:00