


Elgün Cavadov: Turizm müxtəlif ölkələr arasında əsas ünsiyyət vasitələrindən biri olaraq daim diqqət mərkəzindədir
Bakı, 24 iyun, AZƏRTAC
Dövlət Turizm Agentliyi və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin birgə təşkilatçılığı ilə keçirilən “AQEM ölkələrində dairəvi yaşıl turizm” mövzusunda beynəlxalq konfransın əsas məqsədi üzv ölkələr arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, dairəvi iqtisadiyyatın turizmə tətbiqi ilə bağlı uğurlu təcrübələrin paylaşılması və ümumilikdə turizm əlaqələrinin inkişafına töhfə verməkdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov deyib.
O bildirib ki, turizm müxtəlif ölkələr arasında əsas ünsiyyət vasitələrindən biri olaraq daim diqqət mərkəzindədir. Bu baxımdan, tədbir çərçivəsində turizmin ölkələrarası münasibətlərin möhkəmləndirilməsindəki rolu xüsusi vurğulanır.
Konfransın birinci günündə keçirilən panel müzakirələrində turizmin iqtisadiyyata, mədəniyyətə, ətraf mühitə və yerli icmaların inkişafına təsiri geniş şəkildə müzakirə olunub. Eyni zamanda, iştirakçı ölkələrin bu sahədə qazandıqları uğurlu təcrübələr konkret nümunələr əsasında təqdim edilib.
Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər
Əziz Şiriyev: Əvvəlki aylarla müqayisədə turizm sektorunda müəyyən canlanma müşahidə olunur
Yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub